Qələbəyə həsrət qalan Premyer Liqa klubları

04.03.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasında 22 tur geridə qalıb.

Futbolpress.az-ın məlumatına görə, çempionatda üç komanda uzun müddətdir, qələbə qazana bilmir.

Bunlar autsayder “Karvan-Yevlax”, “Qəbələ” və “İmişli”dir.

Turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax” bu mövsüm cəmi 1 qələbə qazanıb. Yevlax təmsilçisinin yeganə üç xal qazancı 20 tur əvvəl – II turda “Kəpəz”lə matçda olub – 3:2. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv bu mövsüm cəmi 7 xal toplayıb.

“Qəbələ” son beş oyunda qələbə qazana bilməyib. Mövsümün ikinci dövrəsinə yaxşı başlayan və ardıcıl iki qələbə qazanan “qırmızı-qaralar” daha sonra 3 dəfə məğlub olub, 2 dəfə heç-heçə edib. “Qəbələ” 16 xalla 10-cu sıradadır.

Premyer Liqanın debütantı “İmişli” isə 10 oyundur, qələbəyə həsrətdir. Komanda sonuncu dəfə ötən ilin noyabrında “Neftçi” səfərində üç xala sevinib. Jorj Kaşkilyanın rəhbərlik etdiyi komanda qələbə qazana bilməsə də, heç-heçələr hesabına xallarını artırmağı bacarır. “İmişli” 21 xalla 9-cu sıradadır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью