Qələbəyə vaxtından çox tez inandıq Olimpik Lion un baş məşqçisi

18.04.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Olimpik Lion"un baş məşqçisi Paulu Fonseka Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında səfərdə "Mançester Yunayted"ə 4:5 hesabı ilə uduzaraq (ilk oyun 2:2) mübarizəni dayandırmalarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Nə baş verdiyini izah etmək çətindir. Hər şey bizim xeyrimizə idi. 4:2 hesabı ilə öndə, bir nəfər azlıqda idik (Tolisso 89-cu dəqiqədə qırmızı vərəqə almışdı -red.), amma oyun bununla bitmədi. Biz qələbəyə vaxtından çox tez inandıq. Matç barədə düşünməliydik. Təcrübəmiz çatmadı".

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью