“Qələbimizi Nilaya həsr edirik” “Kəpəz”in baş məşqçisi

21.11.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının 12-ci turunda “Karvan-Yevlax”a səfərdə 2:1 hesabı ilə qalib gələn “Kəpəz”in baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, qələbəni ad günü olan Ermənistanın Gəncəyə raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyevaya həsr etdiklərini bildirib:

“Yevlaxı böyük futbolun qayıtması münasibəti ilə təbrik edirəm. Qələbimizi hər iki valideynini itirən Nilaya həsr edirik. Bir neçə gün əvvəl ad günü idi. Oyuna gəlincə, bizim üçün çox çətin oldu. Bilirdik ki, “Karvan-Yevlax” daha istəkli futbol nümayiş etdirəcək. Səfərdə azarkeşlərin önündə oynamağın nə qədər çətin olduğunu da gördük. Buna görə onlara xüsusi təşəkkür düşür. Maraqlı oyun oldu. Çoxlu qol epizodlarımız oldu. Təəssüf ki, imkanları reallaşdırmaqda bir qədər problemlərimiz var”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью