Qələmə, Sözə terrora etiraz şeirləri ədəbi cəsarət simvolu Rafiq Tağının xatirəsinə | Icma…
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
(Azərbaycan yazıçısı 23 noyabrda sui-qəsd nəticəsində vəfat etmişdir) Şeytanbazarda yaşıl bazarlıq Rafiq Tağılar "aşağılar”a sağlığında, "yuxarılar”a öləndən sonra gərək olur.
*** Rafiq dağını deyirəm, Bax bu görünən Rafiq dağını. Görünən dağa nə bələdçi Rafiq dağını deyirəm, Sinəmizə çəkilən Rafiq dağını.
Nabələd işi deyil deyirəm Əbədiyyət sarayının Daha bir tağını deyirəm Rafiq Tağını deyirəm Rafiq Tağını Tum ağ çıxdı qara qabıqdan Ay sarvanı ulduz karvanı karvansaray oldu göy üzü qaranlığı alaq eləmək əldən saldı ayı ulduzu tum ağ çıxdı qara qabıqdan günəbaxan gün baxdı yerə çırtlayan kim bu günü tum tək toxum kimi əkən kim ömrə Soldan sağa yazılanı sağdan sola oxumaq Dünya beş gündür 19-dan 23-nə kimi özü də 2011-ci il noyabr ayının əlbəttə hicri şəmsi yox miladi lap sadə mil mil adi hicri qəməri hicranı Qəmərin yanı njdesi at ilinin müjdəsi icra atı dayanıb icra gəmisi batıb ey qatil ey qafil ey batil ey baxil naqafil çıx üzə süni qəsdçi süst araşdırıcıları yanılt məst qızışdırıcıları soyut et icrasızlara qarşı bunt çıx yaşıl düzə milsiz qəhrəman ol mil mil tarixdə qal hə dostlar mən deyim siz məsələni necə qoyun soldan sağa yazılanı sağdan sola oxuyun *** Gücü dahisində uca millətim qatilliyə enən cahillərin var dalğasında qanad açan dənizin ilan tək sürünən sahilləri var dalğanın silləsi güllədən betər tutur sahillərin qumlu üzünü o yan bu yanı da sahillər olan dəniz dalğa dalğa döyür dizini dənizin dibi də sahildir amma bu sahil bənizdə olmaq istəmir bu yastı yapalaq sahilə anam adam heç dəniz də olmaq istəmir Şeytanbazarda Yaşıl bazarlıq Yaşıl bazardan Şeytanbazara gör neçə bıçaqlıq dəmir yolunun bir neçə bıçaqlıq ömür yoluna iynə iynədir bu taykı relsi 19-23 sim-sim kəsim bu beş gün Beşgünlük dünyaya jestin yazıb altı üstə çevirən Usta yenə noyabr Bizə Qəzanı bağışlamağa yazını Yazana bağışlamağa ədəbi qazini bağışlamağa deyin gəlsin balan gəlsin Bir tale ki pəncərədən daş kimi gəlsin Bir tale ki pəncərədən daş kimi gəlsin bir ömür ki xumar gözdən yaş kimi gəlsin kim görüb ki belə bəxtin xoş günü gəlsin ay ana elə bil bizə it ağız açıb it ağzından çıxır səhər öz aramızdı ay nə bilim xoruz banı quşların səsi nə bilim Ay dan ulduzu hamısı sözdü azanı da qarşılayır it hürüşməsi it ağzından çıxan dəniz söz burda qalsın hanı səndə o mavilik yamyaşıl yosun dənizsənsə tufan qopar fırtınan olsun görüm sənin göl üzünü okean yusun Baskervillərin iti tap itən yamyamı İtağzıgül it ağzını açır hər gülə inanmayanın ağlına keçə yamayım it qursağı yağ götürməz deyən aqilə Ölməmişdən qabaq öldürülmüşüm Avropa bizdə lüks oteldi azı Avropa və Biz də beşulduz yazı Ey Qloballaşma qaçılmazlığı mübarək sayğacın beş ildi yazır Aşıq ha köynəkdən çıxarsın sazı sakit okeandı Kürlə Arazım sən sahibi qaçaq yasaq ərazim get ey zalım fələk gəlmədi lazım Beş ildi soyuqlar bu aydan düşür beş ilin soyuğu bir aya düşüb min belə beş illər araya düşüb ölməmişdən qabaq öldürülmüşüm Sübhün azan vaxtında, vaxtın azan yerindən Uçulur gecə sökülən dan yerindən uçunur toran üfüq boyunca əcəl tək hərləyir öz oxu Axillesdaban Yeri gündoğan yerindən dünyaca cəh-cəhi batırırsa it səsi sübhün azan vaxtında vaxtın azan yerindən balıqçısı balığı balıq yoxsa tilovu suya batırıb yesin buruqla tor qurublar Dəmir daban yerindən it rəddidir sahil boyu uzanıb gedir insan izi görən yerdən qayıtdım geri bu Tövrat bu İncil Quran yerindən antik yunan attik Roma əntiq Şərq əshabələrlə kral keçir əsrlər keçir qırx incəbel qızla xotkar qızı Nigar keçir pəncərədən daş kimi gələn günəş özünü asan yerindən siqaret yandırır səhər bir papiros kötüyü tək tapdanır şəhər külqabıya dönür ölkə tiran yerindən külək xəmir yoğurur kündə tutur dənizdə acıb açıb kündələri yapır sahilə zərrin ləpələr göz qaş edir sahilə göz qaş par par yanan ehtirası gözlə bir azdan bütün bu cahan yatıb duran yerindən Qan suyla yuyulmur Həllac Mənsurdan, Nəsimidən, Eldar Baxışdan Rafiq Tağıyadək bütün Söz, Düşüncə şəhidlərinə Şəhəri su basır beşmərtəbədən on beş mərtəbəlik su qalxır göyə onun beş qatını göy qan yaş tökür tökülən qan suyla yuyulsun deyə beş doqquz on altı mərtəbələrin qat qat üst qatından qan iyi gəlir mantiya qatından nüvəsinədək yerin bəd zatından qan iyi gəlir lap göyün yeddinci qatından yağır yeddi qatdan keçən bu təbil döhül vurub keçir yerin yeddi qatından qan suyla yuyulmur yuyulan deyil Söz Rafiq Tağıydı Söz bəxt deyil ki Söz bəxtəbəxtdi.
Söz Rafiq Tağıydı öz uca vaxtı Uca Söz gəpgəncdi qosqoca vaxtı.
Havaxtdı payızın noyabrı qış o qış noyabrın payızı şaxta noyabr sazağı bıçaq tək zəhər tək kəsir adamı bu hüzr damı üzür adamı sanki yeddisidi yeddi il deyil.
Hər payız daş gəlir pəncərədən daş bir daşa dönmə var hər Bəri baxda Qiyamət gün gəlir Yeddi oğul istərəm Yeddi min yeddi yüz yetmiş yeddi dəli birdən atlanıb tapsın qatili Yeddi bıçaq zərbəsilə səkkizinci kərə noyabr tiyəsi yortur qart ili Dəmir atlar da yortur ağ zolaqlı qıl körpüdə Yumalanır xəstəxana otaqlarında iynəli ağdöş kirpilər Qızım əmi sözündə ata kəlməsi cilvələnir Qışın qiyamətindən sonra qiyamət gün gəlir Azadlıqda görüşənədək Və daha neçə rayon Qatilin altı bıçaq zərbəsi Cıdıra çıxıb əbədiyyətin Cıdır düzündə Rafiq Tağı Zəhərləndi Güllələndi Asıldı Qarabağ türbəsinə Şuşa türməsi qənim kəsildi Doğma ikən ögey qarabəxt Azadlıqda görüşənədək Rafiq Tağı Okey Qarabağ "Müharibədə Şopen prelüdləri” Noyabr Böyük Qələbə və...
Rafiq Tağı ayıdır. İnanırıq ki, bir gün unudulmaz yazarla bağlı da möcüzə baş verəcək,– bu qətlin üstü açılacaq, el-obasından "məcburi köçkü
Tam oxu
Xəbəri oxu