Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bəni Yas bölgəsində ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi zamanı düşən qəlpələr 1 nəfərin ölümünə yol açıb.
"Cebheinfo.az" xəbər verir ki, Əbu-Dabi Media Ofisinin ABŞ mərkəzli "X" şirkətinin sosial media platformasındakı hesabından verilən yazılı açıqlamada hadisə ilə bağlı məlumat paylaşılıb.
Açıqlamada ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması zamanı Əbu-Dabinin Bəni Yas bölgəsinə raket qəlpələrinin düşdüyü bildirilib.
Hadisə nəticəsində Pakistan vətəndaşı olan 1 nəfərin həyatını itirdiyi qeyd olunub.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin