Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikaya köçən aparıcı Qənirə Ataşova Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Qənirə xanım, Azərbaycandan uzaqda, ABŞ-da yaşayırsınız. Tibb təhsili olmayan "həkim"lərin siyahısını necə əldə etdiniz, bu işdə sizə kömə
- Öncə onu deyim ki, İnstaqramda aktiv şəbəkə istifadəçisiyəm.
İnstaqram və Feysbukda bir ginekoloqun pasiyentlərilə təhqiramiz formada davrandığını görürdüm. Bu paylaşım mənim diqqətimi çəkdi.
Əvvəllər də belə paylaşımlar görmüşdüm. Amma keçib gedirdim və düşünürdüm ki, kimsə reklam xarakterli video və ya komediya çəkir.
Zaman-zaman bu kimi paylaşımlar qarşıma çıxanda diqqətlə izləməyə başladım.
Həmin səhifəyə diqqət yetirdim və gördüm ki, doktor-bloger Günel Əzizova yazılıb.