Qənirə Ataşova və övladları təhdid olunur Polisə çağırış KONKRET | Icma.az
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstə
KONKRET.az xəbər verir ki, bu barədə o, özünün Feysbuk səhifəsində yazıb.
Jurnalist ona edilən təhdidlərlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış edib: “Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər.
Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar.
Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər.
Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər.
Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım.
Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq.
Tam oxu
Xəbəri oxu