Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. ABŞ-ə köçən tele-aparıcı Qənirə Ataşova müğənni Xatirə İslamın bacısı Günel Əzizova
Burada həm ciddi bir məsələni qabardacağam, həm də bir az sarkazmla məsələyə işıq tutacağam.
Başlayaq özünü “həkim” kimi təqdim edən Günel Əzizovadan.Xatırladım ki, Günel xanım sosial şəbəkələrdə pasiyentlərini qəbul edərkən onların video görüntülərini yayımlayır, üstəlik, müayinə zamanı deontoloğiya elminə əməl etməyərək onları sözlə əzirdi…Bir az araşdırmadan sonra məlum oldu ki, Günel xanımın tibb təhsili yoxdur.
Amma bu, onun əməliyyatlar aparmasına, ginekoloji prosedurlar həyata keçirməsinə mane olmayıb.
Əksinə, o, özünə o qədər güvənir ki, hətta bəzən əməliyyatlara başçılıq edib.
Amma heç bir sənəddə adı keçmir.Belə görünür ki, Azərbaycanın bəzi özəl klinikaları üçün əsas məsələ tibbi təhsil yox, “yaradıcılıq” bacarığıdır.
Ən maraqlı məqam isə Günel Əzizovanın məşhur bacısıdır – Azərbaycanın şou-biznes ulduzu Xatirə İslam.Xatirə xanımın təsiri ilə Günel Əzizova bir zamanlar tibb müəssisələrində Mirezim Zaidov adlı həkimin köməkçisi kimi işə başlayıb.
Onun bu yolda "karyerası" maraqlı xətt üzrə inkişaf edib. Əvvəlcə ginekoloji şöbədə işləyib.