Qənirə Ataşovanı qanunsuz həkimləri ifşa etdiyinə görə hədələdilər DİNdən açıqlama

20.11.2024

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev mətbuata açıqlamasında bildirib ki, müraciətdən məlumatlıdırlar. O qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Qənirə Ataşova bir müddətdir saxta diplomlu plastik cərrahları ifşa edir. O, 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. Ataşova həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью