Axsham.az saytına istinadən Icma.az xəbər verir. ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrah
Axşam.az xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan jurnalist ona gələn bəzi təhdid mesajlarını da paylaşıb.
O bildirib ki, həmin şəxslər onun instagram hesabını da bağlatdırıblar: "Azərbaycanın Hüquq Mühafizə Orqanlarının Nəzərinə: “Rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslərin məni susdurmaq üçün etdiyi təhdidlərdən yalnız bir nümunəni diqqətinizə çatdırıram".
O, səhifəsinə hücum edən cərrahlardan bəzilərinin adını yazıb.
Ataşova bildirib ki, adını çəkdiyi həkimlər şou-biznesdə onlara dəstək olanlar sayəsində onun səhifəsinə hücumlar edirlər: "Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar.
Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər.
Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər.
Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım.