Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? Araşdırma başladı | Icma.az
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova “Rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslərin onu hədələdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.
Jurnalist ona edilən təhdidlərlə bağlı Azərbaycanın Hüquq Mühafizə Orqanlarına çağırış edərək, bir neçə estetik cərrahın adını çəkib.
“Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər.
Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar.
Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər.
Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər.
Tam oxu
Xəbəri oxu