Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Hə, Qənirə Paşayevanın övladları var. Bunu heç kim sizə deməyib.
Sizə bu barədə danışacağam… *** 26 sentyabr, 2023 Vəziyyət gərgin deyildi.
2023-cü il sentyabrın 18-dən 19-a keçən gecə bütün məsələlər həll olunmuşdu.
Antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün təmin olunduğunu bilirdik.
Amma… Laçın meşələrində gecələdiyimiz bu 10 gün 10 ilə bərabər olardı.
Bir dəstənin ki, komandiri şəhid ola, o dəstə hansı vəziyyətdə ola bilər?! Təbiət də özünü yaxşı aparmırdı.
Bu 10 gün ərzində elə yağış yağdı, elə bil, heç bir də yağmayacaq.
Əl-qərəz, bilmirəm, bu meşədəki son axşamı Allah ömrümüzə-günümüzə yazsın deyim, ya yox, bir onu bilirəm, günəşi kəndirlə çəkmək elə amansızdı ki, bir onda yalvarırsan, ya haqq, bizi sabahlara tamarzı qoyma… Hərə bir tərəfə səpələnmişdi.