Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"Robert Köçəryan, Qaqik Tsarukyan və Serj Sarkisyan ayın 1-i yaxınlaşanda telefonlarını açıb pensiyalarının ödənilib-ödənilmədiyini gözləməlidirlər. Bu, siyasi məsələdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"Niyə? Çünki onlar təqaüdləri və qanuni gəlirləri ilə yaşamalıdırlar və qanunsuz yolla əldə etdikləri hər şey, taxıl-taxıl, qəpik-qəpik, sent-sent, kabab-kabab Ermənistan Respublikasına və onun xalqına qaytarılmalıdır", - deyə o qeyd edib.