Qəpikləri 250, 150, 80 manata satırlar VİDEO

11.01.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

10, 20, 50 qəpiyin 250, 150, 80 manata alış və satışı...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar elan saytlarında və sosial şəbəkələrdə belə elanların sayı artıb. Maraqlısı budur ki, qəpiklər köhnə və ya nadir buraxılış deyil. Lakin  buna baxmayaraq müəyyən şəxslər bu qəpikləri yüksək məbləğdə satır.

Hüquqşünasların sözlərinə görə, bəzi kolleksiyaçılar qəpiyin dövriyyədə az olduğunu hesab edib bu kimi alışlara üstünlük verir.

Hüquqşünas Kamandar Hüseynov deyir ki, bu fəaliyyət Azərbaycan Respublikasının valyuta tənzimi qanununun məqsədlərinə ziddir.

Hüquqşünas onuda əlavə etdi ki, belə fəaliyyətlərin genişlənməsi nəticəsində qəpiyin dövriyyədə çatışmazlığı yarana bilər.

Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью