Qərar qəbul etsələr, nəzərə alacağıq Paşinyandan KTMT yə CAVAB

11.06.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanı üzvlükdən çıxarması ehtimalına toxunub.

Redaktor.az xəbər verir ki, hökumət başçısı bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Paşinyan qurumun atacağı addımlara qarşı kifayət qədər soyuqqanlı mövqe sərgiləyib:

"Əgər KTMT-yə üzv dövlətlər Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı qərar qəbul edərlərsə, biz bu qərarı sadəcə nəzərə alacağıq".

Qeyd edək ki, son dövrlər İrəvanla KTMT arasında münasibətlər gərgin xətlə inkişaf edir. Ermənistan tərəfi qurumun təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini iddia edərək, bir sıra tədbirlərdə iştirakdan imtina edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью