“Qərar qəbuletmədə heç bir problem yoxdur” İran hökuməti

28.04.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran hökuməti ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlarla bağlı açıqlamalarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mohacerani açıqlamasında ölkədə qərar qəbuletmə prosesində hər hansı problemin olmadığını qeyd edib.

O, Trampın sosial media paylaşımlarına istinad edərək, bu bəyanatların “çaşqınlıq yaratmaq və ictimai rəyi yönləndirmək” məqsədi daşıya biləcəyini bildirib.

Mohacerani vurğulayıb ki, İran daxilində qərarlar milli maraqlara əsaslanaraq müvafiq qurumlar vasitəsilə qəbul olunur və dövlət orqanları arasında koordinasiya mövcuddur.

Onun sözlərinə görə, prezident də Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi bütün proseslərdən tam məlumatlıdır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью