Qərar qüvvədə qaldı: Baloqun oynayacaq

06.07.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

FIFA Belçika Futbol Federasiyasının ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı etdiyi apellyasiya şikayətini təmin etməyib.

Apasport.az xəbər verir ki, qurum qırmızı vərəqə səbəbindən verilən 1 oyunluq cəzanın şərti olaraq təxirə salınmasına dair qərarı qüvvədə saxlayıb.

Bununla da Baloqun DÇ-2026-nın 1/8 finalında Belçikaya qarşı keçiriləcək oyunda meydana çıxmaq hüququ əldə edib.

Qeyd edək ki, Belçika Futbol Federasiyası FIFA-nın qərarının turnirin intizam qaydalarına zidd olduğunu bildirərək apellyasiya şikayəti vermişdi.

Federasiya qırmızı vərəqə alan futbolçunun növbəti oyunu avtomatik buraxmalı olduğunu əsas gətirmişdi. Lakin FIFA bu etirazı qəbul etməyib.

"Zirə" - "Torpedo" oyununun biletləri iyulun 7-də satışa çıxarılacaq Seneqal millisində gərginlik: Mane ilə Kulibali arasında fikir ayrılığı Henderson sevinərkən zədələndi – Oyuna çıxmadan sarı vərəqə aldı Daha bir əfsanədən vida: RONALDO AÇIQLADI Azərbaycan millisinin heyəti açıqlandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью