Qərar verildi: Onlar ölkədən məhkəməsiz çıxarılacaq

22.01.2025

Icma.az, Publika.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların məhkəməsiz deportasiyasına icazə verib.

Publika.az xəbər verir ki, bu barədə "The New York" Times (NYT) məlumat yayıb.

Qeyd edək ki, əvvəllər sürətləndirilmiş deportasiya proseduru əsasən ABŞ-ın böyük qanunsuz miqrant axını ilə üzləşən cənub ştatlarında tətbiq edilirdi.

Xatırladaq ki, Tramp andiçmə mərasimindən bir gün sonra miqrantları deportasiya etməyə başlayacağı barədə xəbərdarlıq edib.

Bildirilir ki, reydlər əvvəlcə Çikaqoda, sonra isə Nyu York, Los-Anceles, Denver və Mayamidə keçiriləcək.

Adəm Abbaslı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью