Qərar verildi: RANQNİKLƏ YOLA DAVAM

14.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Avstriya Futbol İttifaqı almaniyalı mütəxəssislə müqavilənin müddətini uzadıb.

67 yaşlı baş məşqçi 2028-ci ilədək yığmanın sükanı arxasında qalacaq. Ranqnikin əvvəlki sözləşməsi 2026-cı il dünya çempionatına qədər nəzərdə tutulmuşdu.

Son günlər onun adı “Milan”la hallansa da, təcrübəli mütəxəssis Avstriya millisində qalmağa qərar verib.

Qeyd edək ki, Ranqnik 2022-ci ildən Avstriya yığmasına rəhbərlik edir. O, daha əvvəl “Leyptsiq”, “Şalke”, “Hoffenhaym”, “Hannover”, “Ştutqart”, Moskva “Lokomotiv”i və “Mançester Yunayted”də çalışıb. Avstriya millisi DÇ-2026-da J qrupunda İordaniya, Argentina və Əlcəzairlə mübarizə aparacaq.

Ozan yoxdursa, qələbə də yoxdur - “Hoffenhaym” Türkiyəyə ilişdi Çalhanoğlu: "Bəzən belə şillə yemək yaxşı olur" Popoviçdən Türkiyə sözləri - “Qələbə bizim üçün sürpriz olmadı” DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA? Kerem Aktürkoğlu üzr istədi – “Bunun əvəzini çıxacağıq”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью