Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Roma” ilə oyundan sonra istefa verdiyini açıqlayan baş məşqçi İsmail Kartal, prezident Əziz Yıldırımın “Davam edəcəksən” sözlərinə baxmayaraq, “Fənərbağça”dan getdi.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, “Fənərbağça”-“Roma” (1:1) oyunu la başlayan böhran onun gedişi ilə başa çatdı.
UEFA Çempionlar Liqasının ilk həftəsində "Roma" ilə 1-1 hesablı heç-heçədən sonra Kartal istefa verdiyini açıqladı və bütün danışıqlar cəhdlərinə baxmayaraq, qərarını dəyişmədi.
18 ildən sonra Çempionlar Liqasına qayıdan “Fənərbağça” “Roma”nı qəbul etdi. İtaliya komandası 39-cu dəqiqədə Brayan Kristantenin qolu ilə hesabda irəli çıxdı, lakin “Fənərbağça” 48-ci dəqiqədə Arçi Braunun qolu ilə hesabı bərabərləşdirdi və matç 1-1 hesabı ilə başa çatdı. Oyundan sonra İsmail Kartal gözlənilmədən kameralar qarşısında istefa verdiyini elan etdi.
Kartalın açıqlaması “Fənərbağça”da böyük ajiotaj yaratdı. Əziz Yıldırım istefadan əvvəlcədən xəbərdar olmadığını bildirərək, Kartalın qərarını qəbul etmədiyini qeyd etdi.
Əziz Yıldırımın açıqlamalarına və Oğuz Çetinin danışıqlarına baxmayaraq, İsmail Kartalın istefa qərarını dəyişmədi.
“Fənərbağça”nın sentyabrın 14-də Süper Liqada “Qaziantep FK” ilə keçirəcəyi matça Dirk Kuytun rəhbərlik edəcəyi gözlənilir.