Qerasimov rusları ümidləndirdi

17.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov cəbhədəki son vəziyyətə dair açıqlama verərək Ukrayna ərazilərinin nəzarət faizləri ilə bağlı yeni rəqəmlər səsləndirib. 

“Yeni Sabah” xəbər verir ki, Qerasimovun sözlərinə görə, hazırda Zaporojye vilayətinin yalnız 16%-i, Donetsk vilayətinin isə cəmi 10%-i Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalıb.

Lakin hərbi analitik mərkəzlərin və açıq kəşfiyyat (OSINT) mənbələrinin məlumatları bu rəqəmlərin reallığı əks etdirmədiyini göstərir. Müharibənin Öyrənilməsi İnstitutu (ISW) və "DeepState" kimi mötəbər monitorinq resurslarının son xəritə analizlərinə əsasən, hazırda Zaporojye vilayətinin 23%-i, Donetsk vilayətinin isə 16%-i hələ də Ukraynanın nəzarəti altındadır. Marqarita pizza

Analitiklər Rusiya rəsmi dairələrinin təqdim etdiyi rəqəmlərin cəbhədəki real dinamikanı qabaqlamaq və təbliğat üstünlüyü qazanmaq məqsədi daşıdığını bildirirlər.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью