Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili elmi konfrans

18.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

Noyabrın 27-də AMEA Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə “Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili” mövzusunda respublika elmi konfransı keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransa Qərb bölgəsinin ədəbi irsi (klassik ədəbi ənənənin formalaşması, folklor və şifahi ədəbiyyat irsi, ədəbi-mədəni irsin bədii təcəssümü, XX–XXI əsr Azərbaycan ədəbiyyatında ədəbi istiqamətlər) və Azərbaycan dili (müasir Azərbaycan dilinin aktual problemləri, dilin tarixi, nəzəri dilçilik və terminologiya, rəqəmsal mühitdə Azərbaycan dili, korpus və kompüter dilçiliyi) istiqamətləri üzrə elmi məruzələr qəbul edilir.

Məqalələr oktyabrın 30-dək qəbul olunur.

Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək və eyni zamanda, nəşr ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью