Qərb danışıqlardan imtina edərsə...

17.12.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

“Ukraynada təhlükəsizlik bufer zonasının yaradılması və genişləndirilməsi vəzifəsi ardıcıl olaraq həll ediləcək“.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışında bildirib.

O, hərbi əməliyyatın məqsədlərinə mütləq nail olunacağını söyləyib: “Biz diplomatiyaya üstünlük verərdik, amma Qərb danışıqlardan imtina edərsə, tarixi torpaqlarımızı hərbi yolla azad edəcəyik”.

Putin Rusiyanın nüvə qüvvələrinin təcavüzkarın qarşısını almaqda və dünyada güc balansını qorumaqda əsas rol oynayacağını söyləyib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью