Qərb derbisi: Kəpəz Turan Tovuz a qalib gəldi

30.08.2026

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının III turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.

Qaynarinfo-nun məlumatına görə, Gəncə şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 47-ci dəqiqədə Viktor Stina vurub. Bu qələbədən sonra "Kəpəz" 3 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 4 xala malik "Turan Tovuz" isə üçüncüdür.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью