Qərb derbisində anşlaq olacaq

28.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının III turunda keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununa böyük maraq var.

Futbolpress.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçiriləcək Qərb derbisinə artıq 5 min bilet satılıb. Bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.

Avqustun 30-da keçiriləcək matça saat 18:00-da start veriləcək. Oyun yeni istifadəyə verilmiş Gəncə şəhər stadionundakı ilk görüş olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью