Qərb koalisiyası Ukraynanı qorumağa hazırdır Starmer

15.03.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərb ölkələri Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsinin əməliyyat detallarını müzakirə etməyə davam edir.

"Ölkə.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keyr Starmer məlumat verib.

"Biz razılığa gəldik, indi əməliyyat mərhələsinə keçirik", - Starmer bildirib.

O əlavə edib ki, Qərb dövlətlərinin koalisiyası Ukraynanın müdafiəsini gücləndirəcək və lazım gələrsə, onu quruda, suda və havada müdafiə etməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью