Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mən ilk dəfədir Azərbaycana gəlirəm. Uşaqlığımdan bu ölkəni tanıyıram. Bilirdim ki Azərbaycan keçmiş sovet ölkəsidir. Bura gələndə qərb mediasının, yəni BBC və CNN-in bizi aldatdığını gördüm”.
Bu sözləri Bizim.Media-ya müsahibəsində Afrika Meteoroloji Tətbiq Mərkəzindən müşahidəçi Laval Kamoru Abiodun deyib.
O, Bakının gözəl şəhər olduğunu vurğulayıb:
"Şəhər məni yaxşı mənada təəccübləndirdi. Təmiz, gözəl və müasirdir, insanları yardımsevərdir. Cop29-dan gözləntim yeni əməkdaşlıq qurmaq və Afrikadakı araşdırma instutumuzun yatırmcıları ilə yeni razılıq əldə etməkdir".
Günay Şahmar, Bizim.Media