Qərb Mərkəzi Asiyanı ələ keçirmək istəyir Overçuk

29.05.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qərb ölkələri Mərkəzi Asiyaya tələsir və regionu xammal əlavəsinə çevirmək istəyir, lakin yüksək texnologiyalı istehsal müəssisələrinin yaradılmasından söhbət getmir.

Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bura nadir torpaq elementləri də daxildir. Doğrudan da, Mərkəzi Asiya ölkələrindən danışırıqsa, bu ölkələr belə resurslarla zəngindir. Bu gün görürük ki, Qərb dövlətləri bura tələsir, müvafiq müqavilələr bağlamağa çalışır. Amma bu tendensiyanın region üçün müəyyən təhlükələri var, ilk növbədə regionun Qərb ölkələrinin xammal əlavəsinə çevrilə biləcəyi ilə bağlı”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью