QƏRB NETANYAHUNU YARIYOLDA QOYDU: ABŞ həbsə yox dedi, Kanada, Fransa, Britaniya, İtaliya, …
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında çıxardığı həbs qərarına nüfuzlu ölkələrdən rəsmi reaksiyalar gecikməyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail hökumətinin ən böyük dəstəkçisi olan ABŞ bu qərarın əleyhinə çıxıb.
Ağ Evdən bildirilib ki, Birləşmiş Ştatlar bu qərarı qəbul etmir: "Biz İsrail rəhbərliyi barədə verilən həbs orderini rədd edirik.
Eyni zamanda, qərardan çox narahatıq". ABŞ-ın yeni prezidenti Trampın yaxın dostu, respublikaçı senator Lindsey Graham isə qərarı "zarafat"
Senatın bu məsuliyyətsizliyə qarşı tədbir görüb, sanksiyalar tətbiq etməsinin vaxtı çatıb". Kanada lideri isə ABŞ-dan fərqli düşünür.
Baş nazir Castin Trudeau Kanadanın beynəlxalq məhkəmənin qərarına əməl edəcəyini bəyan edib: "Hər kəsin beynəlxalq hüquqa riayət etməsi həqiqətən çox vacibdir" Avropa İttifaqının Ali Nümayəndəsi Josep Borrell də BCM-nin qərarını dəsətkləyib: "Netanyahu və Qallantın həbsinə dair orderlər siyasi deyil.
Bu, məhkəmə qərarıdır və hər kəs də məhkəmə qərarına hörmət etməli, onu icra edilməlidir".
Tam oxu
Xəbəri oxu