“Qərb ölkələri müharibə bitdikdən sonra Rusiyaya qaçacaqlar” − Fitso

13.12.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Ukraynadakı vəziyyət nizamlandıqdan sonra Qərb ölkələri səylərini Rusiya ilə əməkdaşlığın tezliklə bərpasına yönəldəcək.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Slovak Radiosunun efirində bildirib.
“Onlar bütün bunları müharibə bitəndən sonra edəcəklər. Gəlin sadəlövh olmayaq! Müharibə bitən kimi hər bir Qərb ölkəsi ora qaçacaq. Həyatınızda görmədiyiniz qədər ikiüzlülük görəcəksiniz”, - baş nazir bildirib.
Fitso həmçinin Slovakiyanı Rusiya ilə münasibətləri bərpa etməyə və iqtisadi əməkdaşlıq komissiyaları çağırmağa çağırıb:
“Rusiya ilə münasibətlərin bərpası üçün çağırış etmişəm və etməyə davam edəcəyəm. Xarici işlər nazirindən ölkələrin malik olduğu iqtisadi əməkdaşlıq komissiyalarının iclaslarını mümkün qədər tez bərpa etməyi xahiş edəcəm”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью