Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Telman Nüsrətoğlu: “Köçəryan və erməni kilsəsi Rusiyanın Ermənistandakı alternatividir” Ermənistanın Baş naziri Paşinyan və Rusiya Prezidenti Putin arasında telefon danışığı olub.
Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, Nikol Paşinyan və Vladimir Putin telefon danışığı əsnasında ikitərəfli və regional gündəliyin məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, bundan öncə Putin Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik etmişdi.
Putin iki ölkəni "tarixi dostluq münasibətlərinin" birləşdirdiyini demişdi.
Putin Moskva ilə İrəvanın “birgə səylərlə bütün istiqamətlərdə əməkdaşlığın daha da inkişafını təmin edə biləcəyinə” əminliyini ifadə etmişdi.
Xatırladaq ki, may ayında Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı həm Paşinyanla, həm də həmkarı A.Mirzoyanla ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib.
Siyasi şərhçi, tarix elmləri doktoru Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın yeni yaranmış geosiyasi şəraitdə vəziyyəti heç də yaxşı deyil.