Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Qərb Qafqaz regionunda vəziyyətə mənfi təsir göstərir.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilev deyib.
"Kollektiv Qərb Qafqaz regionunda qeyri-sabitliyi gücləndirir.
Əfqanıstandan narkotiklərin, terrorizmin və ekstremizmin yayılması risklərinin azalmadığı Mərkəzi Asiya regionunda vəziyyət daim gərgindir”, - Vasilev qeyd edib.
Diplomat həmçinin NATO-nun Rusiya və Belarus sərhədləri yaxınlığında fəallığının artdığını, o cümlədən nüvə potensialına malik silah sistemlərinin yerləşdirilməsinin mümkünlüyünü bildirib.
Ağarza Elçinoğlu Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.