Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İvan Us: “Qərb kənara çəkilsə Rusiya Ukraynanı məhv edəcək” Rusiya-Ukrayna müharibəsi səngimək bilmir, tərəflərin heç biri geri çəkilmək fikrində deyil.
Ukrayna ABŞ başda olmaqla Avropadan silahla təchiz edilir, Kremlə dirəniş göstərir, uğur əldə edə bilmir, Moskva isə Ukraynanın yeni-yeni ərazilərini alır.
Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us (Ukrayna) mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə müsahibə verib.
- Cənab Us, bu münaqişədə Qərbin Ukraynaya dəstəyini necə qiymətləndirirsiniz?
-Hələ tammiqyaslı müharibə başlamazdan əvvəl Ukrayna 2022-ci il fevralın 24-dən sonra birinci mərhələdə ABŞ və Böyük Britaniyadan hərbi yardım aldı.
Sonra Qərb Ukraynaya hərbi yardım və maliyyə dəstəyini tədricən artırdı.
Bir tərəfdən, bu, demək olar ki, üç ildir davam edən genişmiqyaslı müharibədən keçməyə kömək etdi.