Qərb Rusiyaya hücuma hazırlaşır | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın “L'Antidiplomatico” qəzeti Qərb ölkələrinin Ukraynanı bir tramplin kimi istifadə edərək Rusiyaya qarşı hərbi hazırlıqlarını artırdığını iddia edən səs-küylü bir analiz dərc edib.
"Cebheinfo.az" xəbər verir ki, məqalədə Böyük Britaniya, Fransa və Almaniyanın başçılıq etdiyi Avropa ölkələriNİN Ukrayna ərazisində yerləşdiriləcək xarici hərbçilər və uzaqmənzilli raketlərlə Rusiyaya qarşı “həlledici zərbə” qabiliyyəti yaratmağa çalışdığı bildirilir.
Analizdə “Avropa Qalxanı” Proqramı Ukraynaya veriləcək yeni nəsil silahların hazırlanması və NATO-ya daxil olmayan hərbi ittifaqlar kimi mövzular ön plana çıxır.
Avropa İttifaqının müdafiə infrastrukturunu gücləndirmə təşəbbüsü olan “Avropa Qalxanı” Proqramı, uzaqmənzilli raket sistemləri və NATO-ya daxil olmayan hərbi ittifaqlar Qərbin hərbi strategiyasının əsas istiqamətlərini təşkil edir.
London-Paris-Berlin xətti ilə formalaşan müdafiə üçbucağı bu strategiyanın əsas hissəsi kimi qiymətləndirilir.
Məqalədə diqqəti çəkən iddialar arasında Almaniyanın keçmiş nazirinin “Rusiyaya dəqiq zərbə qabiliyyəti” barədə açıqlaması, ABŞ-nin silah tədarüklərini kommersiya maraqları ilə əlaqələndirməsi və 2014-cü ildən bu yana Ukraynadakı hadisələrin yenidən şərh olunması da yer alır.
Bu iddialar, Qərb ölkələrinin Ukraynanı Rusiyaya qarşı hərbi tramplin kimi istifadə etdiyini və hazırlıqları artırdığını göstərir.
Tam oxu
Xəbəri oxu