Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qərb Ukrayna böhranının köklü səbəbləri ilə işləmək istəmir".
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz bu böhranın, bu münaqişənin, faciənin kök səbəblərinin aradan qaldırılması üzərində işləməyə başlamalıyıq. Biz bəzi xəyali güc düsturları, "istəklilərin koalisiyaları" ilə diqqətimizi yayındırmağı dayandırmalı, diqqətlə və addım-addım işə başlamalıyıq", - Zaxarova bildirib.
Zaxarovanın fikrincə, problemləri həll edərkən, çoxdan bəlli olan günahkarları axtarmaqdan deyil, əsas səbəbləri öyrənməkdən başlamaq lazımdır.
Nurlana Əhmədova
Missiya.Az