Qərb Ukraynada proksi müharibəyə girdi və uduzdu Baş nazir

19.04.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərb ölkələri Ukraynada proksi müharibəyə girdilər və uduzdular, bunu bütün ağlı başında olan insanlar anlayır. 

Ölkə.Az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Öt YouTube kanalına müsahibəsində bildirib .

"Bütün Qərb dünyası üçün böyük yükə çevrilən bu müharibəni Qərb uduzdu. Müharibənin uduzması ciddi məsələdir. Bu günlərdə düşünən cəmiyyətlərdə bunun proksi müharibə olması artıq şübhə doğurmur", - Orban qeyd edib.

O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp hazırda Vaşinqtonu çox ciddi məğlubiyyətdən xilas etməyə çalışır, lakin Avropa liderləri Ukraynadakı məğlubiyyətlərini etiraf etməkdə tərəddüd edirlər. “Onlar Avropanı sonda uduzduqları müharibəyə sürüklədilər”, - Orban yekunlaşdırıb.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью