Qərb Ukraynaya bu silahları verdi Zelenski AÇIQLADI Yeni Çağ Media | Icma.az
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hazırda cəbhə üçün tərəfdaşlardan təchizat məsələlərində mühüm dəyişikliklər var.
Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, o, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski, Baş Qərargah rəisi Anatoli Bargileviç və müdafiə naziri Rüstəm Umerovla keçirdiyi görüşün yekunlarına dair açıqlamasında bildirilib.
Ukrayna liderinin vurğuladığı kimi, tərəfdaşlardan cəbhəyə tədarük məsələlərində mühüm dəyişikliklər var.
Onun sözlərinə görə, hazırda dəstək paketləri üzrə tədarükün artımı qeydə alınır və ən yaxşı nəticələr artilleriya təchizatında olub.
Qeyd edək ki, Zelenski bu yaxınlarda NATO dövlətlərindən, xüsusən də ABŞ-dən olan tərəfdaşlarını Ukraynaya vəd edilmiş hərbi dəstək barədə sözlərinə əməl etmədiklərinə görə tənqid etmişdi.
Daha sonra o, bildirmişdi ki, NATO müharibəyə görə Ukraynanın üzvlüyü istiqamətində qəti addımlar atmağa hazır deyil, lakin onlar Ukrayna səmasını qorumaq üçün “altı və ya yeddi” sistem vəd ediblər.
Eyni zamanda, onun sözlərinə görə, Ukrayna hələlik bu məbləği almayıb.
Tam oxu
Xəbəri oxu