Bakivaxti saytına istinadən Icma.az xəbər verir. Son dövrlərdə beynəlxalq arenada Azərbaycan haqqında müzakirələr təkcə ölkənin geosiyasi və
Belə ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Onun fikrincə, Azərbaycan “demokratik standartlara” riayət etmir və insan haqları sahəsində çatışmazlıqlara yol verir.
Nazir əlavə edib ki, eyni zamanda 76 deputatın, o cümlədən alman Bundestaqı üzvlərinin Azərbaycana girişinə qadağa qoyulması “tamamilə qəbuledilməz”dir.Qərəzli diplomatın fikirlərinin atlında nələr yatır?Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, insan hüquqlarının qorunmasını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edib:"Ölkə bu sahədə mühüm hüquqi islahatlar həyata keçirib, beynəlxalq konvensiyalara qoşulub və insan hüquqları sahəsində standartların inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atıb.
Buna baxmayaraq, bəzi dairələr Azərbaycanın uğurlarını görməzdən gələrək, qərəzli yanaşmalar nümayiş etdirirlər.
Bu yanaşma özünü bir neçə istiqamətdə göstərir. Azərbaycanın əldə etdiyi hüquqi və sosial nailiyyətlər çox vaxt beynəlxalq hesabatlarda və m
Məsələn, Azərbaycanın insan hüquqlarını təmin etmək üçün qəbul etdiyi qanunlar, icra etdiyi proqramlar və sosial rifahı artırmaq məqsədilə h
Onun sözlərinə görə, bu tənqidlər isə çox vaxt siyasi məqsədlərə xidmət edir.