Qərbdə atəşkəsdən danışırlar, lakin bu, sülhə aparan yol deyil Lavrov

02.12.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

“Rusiya Qərbdə səslənən fikirlərdən narahatdır”.

Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, bu barədə Moskvada Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşündə danışıb. 

“Qərbdə - Brüsseldə, Londonda, Parisdə, Vaşinqtonda atəşkəs haqqında danışmağa başlayırlar. Bunu isə Ukraynaya fasilə vermək vasitəsi kimi dəyərləndirirlər. Lakin bu cür mərhələdə Ukrayna yenidən müasir uzaqmənzilli silahlarla təmin olunacaq. Bu, əlbəttə ki, sülhə aparan yol deyil”, - Lavrov qeyd edib.

Günay 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью