Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
ABŞ-ın müdafiə sənayesi şirkəti “Anduril Industries”in qurucusu Palmer Lakinin sözlərinə görə, Qərb ölkələri Ukraynanın müharibədə qalib gəlməsini deyil, mümkün qədər uzun müddət məğlub olmamasını istəyirlər.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri “The New York Times” qəzetinin təşkil etdiyi DealBook sammitində səsləndirib.
“Əslində, Qərbdə heç kim Ukraynanın qalib gəlməsini istəmir. Onlar sadəcə Ukraynanın mümkün qədər uzun müddət məğlub olmamasını istəyirlər. Bu, müharibə aparmaq üçün qəribə və absurd yanaşmadır”, – Laki bildirib.
O, mövqeyini ABŞ-ın hərbi peyk rabitəsi siyasəti ilə əsaslandırıb. Lakinin sözlərinə görə, Vaşinqton Ukraynaya Pentaqona məxsus və “SpaceX”in iştirakı ilə idarə olunan “Starshield” hərbi peyk şəbəkəsinə çıxış verə bilərdi.
Lakin ABŞ hakimiyyəti Rusiyanın bu peyk qruplaşmasını məhv edə biləcəyindən və nəticədə Amerika ordusunun da mühüm rabitə imkanlarını itirəcəyindən ehtiyat edərək belə bir addım atmır.
Bizim.Media