Qərbə siyahı göndərildi: 10 ölkədə hazırlıq gedir

10.04.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna ölkə ərazisində sülhməramlı missiyanın yerləşdirilməsi ilə bağlı Qərbə istək siyahısı göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti yazıb.

“Kiyevin sülhməramlı missiyadan istədiyi şey qoşunların təkrar hücumun qarşısını almasıdır. Təxminən on ölkə Ukraynaya öz kontingentini göndərməyə hazırdır. Bununla belə, Ukrayna hakimiyyətinin müttəfiqləri ilə müzakirə etməli olduğu bir sıra məsələlər var. Məsələn, hərbi planlaşdırma bu sırada yer alır”, – nəşr qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ukrayna, Böyük Britaniya və Fransanın Baş Qərargah rəislərinin sülhməramlı kontingentin mümkün yerləşdirilməsi üzrə əməliyyat planları barədə görüş keçirdiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью