Qərbi Abşeron yatağında platformada qurğu aşıb, əməkdaş həyatını itirib

23.08.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Avqustun 22-də Qərbi Abşeron yatağı, 50 saylı platformada iş prosesi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində SOCAR AQŞ-nin əməkdaşı Abbasov Nizami Ələddin oğlu həyatını itirib.

SOCAR AQŞ-dənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı veririk.

Qeyd edək ki, Nizami Abbasovun qaldırıcı qurğunun aşması nəticəsində həlak olduğu bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью