“QƏRBİ AZƏRBAYCAN AŞIQLARININ DASTAN REPERTUARI”

08.09.2025

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyində həyata keçirilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb.

“Bakı Mətbəəsi” ASC-də nəfis tərtibatla çap olunmuş kitabda Qərbi Azərbaycan aşıqlarının repertuarından seçmə dastanlar yer alıb. 

Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birlyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, kitabın elmi redaktoru ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, nəşrə hazırlayanı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu,  rəyçilər ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli və ADMİU-nun Aşıq sənəti kafedrasının dosenti Altay Məmmədlidir.

Yaxın günlərdə kitabın təqdimatı keçiriləcək və müvafiq təşkilatlara pulsuz paylanılacaq.

Emin Faiqoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью