Qərbi Azərbaycan həqiqətlərindən bəhs edən məqalə nüfuzlu nəşrlərdə dərc olunub | Icma.az
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. Qərbi Azərbaycan həqiqətlərindən və azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata
Bu barədə “Report”a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, məqalənin müəllifi İcmanın İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – sözçüsü Ülviyyə Zülfiqardır.
Yazı Londonda yayımlanan “The europa today” nəşrində və 8 dildə fəaliyyət göstərən “Gulf observer” media resursunda dərc olunub.
Məqalədə vurğulanıb ki, ötən əsr ərzində baş bermiş sonuncu - 1987-1991-ci illər deportasiyasında 300 min azərbaycanlı zorla öz evlərindən çıxarılıb.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların bir araya gəldiyi İcma özünün qayıdış konsepsiyasını qəbul edib və bu gün onlar öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq uğrunda hüquqi mübarizəni davam etdirirlər.
Məqalədə İcmanın qarşı tərəfə dialoq çağırışı etməsinə, soydaşlarımızın hüquqlarının bərpa edilməsinin regionda daha dayanıqlı və uzunmüddətli barışığa nail olunmasında rolunun olmasına toxunulub.
Bizim WhatsApp kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu