Qərbi Azərbaycan İcması Bəyanat YAYDI | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qərbi Azərbaycan İcması 10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb.
İcmadan Modern.az-a daxil olan bəyanatda deyilir: "Ermənistan tərəfindən doğma yurdlarından zorla çıxarılmış çoxsaylı azərbaycanlıları özündə birləşdirən və onların qayıdış hüququ uğrunda mübarizə aparan Qərbi Azərbaycan İcması olaraq, biz 10 Dekabr Ümumdünya İnsan Hüquqları Gününə xüsusi önəm verdiyimizi vurğulamaq istəyirik.
İnsan hüquqlarının universal əsaslarını təşkil edən və bizim qayıdış hüququmuzun da mənşəyi olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsi münasibətilə təsis edilmişÜmumdünya İnsan Hüquqları Günü bizim haqq işimiz üçün mühüm istinad nöqtələrindən biridir.
Bu mühüm gündə Ermənistanın Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar etməklə, insan hüquqlarını kobud şəkildə pozmağa davam etməsindən dərin narahatlığımızı bir daha ifadə edirik.
Həmçinin, bəzi xarici ölkələrin etnik və dini ayrı-seçkilik siyasəti nəticəsində bütövlükdə Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşməsindən ciddi narahatlığımızı bildiririk.
Əlavə narahatedici hal ondan ibarətdir ki, bu ölkələr Azərbaycanfob, ayrı-seçkilik siyasətlərini insan hüquqları adı altında pərdələməyə çalışırlar.
İnsan hüquqlarına ən böyük zərbəni məhz bu cür ikiüzlü siyasətlər vurur.
Tam oxu
Xəbəri oxu