Qərbi Azərbaycan İcması ilə bağlı bu iddia əsassızdır Sədr | Icma.az
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq. Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsi fonunda Qərbi Azərbaycan İcm
Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli Metbuat.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.
O bildirib ki, Qərbi Azərbaycan İcması sıradan bir təşkilat deyil, son 200 ildə ata-baba yurdlarından, doğma ocaqlarından qovulmuş, deportasiya, soyqırımı və etnik təmizləmələrə məruz qalmış insanların, onların varislərinin könüllü ictimai birliyidir, tarixi ədalətin bərpası üçün çalışan bir təşkilatdır: “Bizim bütün fəaliyyətimiz beynəlxalq hüquqa və tarixi ədalətə söykənir.
İcma heç vaxt Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə qarşı çıxmayıb.
Əksinə, biz doğma yurdlarımıza qayıdıb, bu ölkənin tamhüquqlu vətəndaşları kimi həyatımıza davam etmək istəyirik”.
Ə.Ələkbərli icmanın adının dəyişdiriləcəyi ilə bağlı müzakirələrin mövcudluğu fikri ilə qətiyyən razı olmadığını deyib: “Belə bir müzakirə yoxdur və ola da bilməz.
Qərbi Azərbaycan ərazisi bizim tarixi torpaqlarımızdır, tarix boyu həmin ərazilərdə bizim soydaşlarımız yaşayıblar.
Tarixdən az-çox məlumatı olan hər kəs bunu təsdiq edə bilər.
Tam oxu
Xəbəri oxu