Qərbi Azərbaycan İcmasının məqsədi 300 mindən çox qaçqının öz yurduna qayıdışıdır

05.12.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan İcması (QAİ) son 200 ildə Ermənistan mərhələ-mərhələ qovulan minlərlə insanı, onların varislərini birləşdirən təşkilatdır.

525.az xəbər verir ki, bu fikirləri “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfransda İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edərkən deyib.
O bildirib ki, təşkilatın məqsədi Azərbaycan -Ermənistan müharibəsi səbəbindən yurdlarından didərgin düşmüş 300 min dən çox qaçqının öz ata-baba yurdlarına qayıdışını təmin etmək təşkil edir.

“Fəaliyyətimizdə beynəlxalq hüquqlara söykənirik. Təəssüf ki, Ermənistan bütün bu qanunsuz əməllərə görə beynəlxalq məsuliyyət daşımaq istəmir. Onların etdikləri bəşəri cinayətdir. Buna görə UNESCO-ya dəfələrlə müraciət etmişik”,- deyə Ə.Ələkbərov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью