Qərbi Azərbaycan İcmasının nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

26.02.2025

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcmanın üzvləri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da “Ana harayı” abidəsini ziyarət ediblər.

İcmadan AZƏRTAC-a bildirilib ki, icma nümayəndələri abidənin önünə gül dəstələri düzərək, soyqırımı qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью