Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində i…
525.az saytından alınan məlumata görə, Icma.az bildirir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbər
Bu barədə 525.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, görüşdə Əziz Ələkbərli Qərbi Azərbaycan məsələsini qonağın diqqətinə çatdıraraq, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarından deportasiya olunması, bir əsrdə dörd dəfə etnik təmizləməyə məruz qalmaları və üzləşdikləri tarixi ədalətsizliklər barədə ətraflı məlumat verib.
O, bu məsələnin regiondakı sülh və ədalət mexanizmlərinin əsas elementlərindən biri olduğunu qeyd edərək beynəlxalq səviyyədə daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı İcma sədri, həmçinin qardaş Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluq münasibətlərindən, mədəni oxşarlıqdan və tarixi bağlardan bəhs edərək, özbək dilinin Azərbaycan dilinə yaxınlığının xalqlar arasında ünsiyyəti daha da asanlaşdırdığını bildirib.
Qonaq isə bu səbəbdən söhbətin tərcümə olmadan aparılmasından məmnunluğunu ifadə edib.
Əziz Ələkbərli Qarabağ torpaqlarının işğaldan azad edilməsindən sonra aparılan genişmiqyaslı bərpa işlərinə toxunaraq, məhz Özbəkistan tərəfindən Qarabağda ilk məktəbin inşa olunmasını böyük qardaşlıq rəmzi kimi qiymətləndirib.
Mirzə Uluqbəy adına olan bu məktəbin Azərbaycan–Özbəkistan dostluğunun parlaq nümunəsi olduğu bildirilib.
Tam oxu
Xəbəri oxu