Qərbi Azərbaycan ideyalarını daha da çoxaltmalıyıq Fazil Mustafa | Icma.az
Icma.az bildirir, Ses qazeti portalına istinadən. "Qərbi Azərbaycan ideyalarını daha da çoxaltmalıyıq".
SİA xəbər verir ki, bu sözləri komitə iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.Onun sözlərinə görə, dövlət siyasəti, dövlət başçısının təşəbbüsü ilə geniş işlərin görülməsi müşahidə olunur: "Birinci növbədə ictimai birliklərin fəaliyyəti irəli çəkilməlidir.
Qeyri-hökumət təşkilatlarının ixtisaslı şəkildə çalışmasına önəm verməliyik. Çoxşaxəli fəaliyyətə ehtiyac var.
Qeyri-hökumət təşkilatlarının fədakarlığı nəticəsində Qarabağ məsələsini reallaşdırdıq.
İndi də bunu Qərbi Azərbaycan məsələsində fəaliyyətdə istifadə etməliyik.Erməni vandalizmi ilə üz-üzəyik.
İctimai birliklərin fəaliyyəti ona görə də əhəmiyyətli olacaqdır.
İnsanların yalnız bu icmanın üzvü olmağı kifayət hesab etmirəm, hər kəs çalışmalıdır.
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını aktual olaraq bütün platformalarda aktiv göstərməliyik.
Tam oxu
Xəbəri oxu